-
- 29-06-2024, 14:42
- 296
Papa bu şəhərə səfər etmək istəyir
Vatikandan verilən açıqlamaya görə, Romada qeyd olunacaq Müqəddəs Pyotr və Pavel dini bayramı münasibətilə Roma Papası Fransisk Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edib.
News24.az xəbər verir ki, qəbul zamanı etdiyi çıxışda Papa gələn ilin Birinci İznik Şurasının 1700-cü ildönümü olduğunu xatırladıb və İznikə getmək istədiyini bildirib.
Papa Fransisk "Bu, mənim səmimiyyətlə etmək istədiyim səyahətdir" deyib.
Qeyd edək ki, Xristian kilsəsinə bağlı bütün yepiskopların iştirakı ilə 325-ci ildə Birinci Nikeya Şurası keçirilib.
Xristianlıq tarixi üçün vacib sayılan şurada mühüm dini məsələlər müzakirə edilərək qərara alınıb. Papa Fransisk bundan əvvəl 2014-cü ildə Türkiyəyə səfər edib.
“Tam birliyə doğru birlikdə səyahətə” diqqət çəkən Papa deyib:
“Kilsələr arasında dialoq imanın bütövlüyü üçün heç bir risk yaratmır, əksinə, bu, onların Rəbbə sədaqətindən irəli gələn bir zərurətdir. Onları Müqəddəs Ruhun rəhbərliyi altında hədiyyələr mübadiləsi vasitəsilə həqiqətlərə aparır".
Günel Məlikzadə