Papa Fransisk istefa çağırışlarına cavab verib
    • 15-01-2024, 13:45
    • 114

Papa Fransisk istefa çağırışlarına cavab verib

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk istefanın bütün papalar üçün açıq bir ehtimal olduğunu, lakin hələlik bunu nəzərə almadığını bildirib.

News24.az xəbər verir ki, Roma Papası İtaliyanın özəl televiziya kanalının proqramında iştirak edərək özü və dünya problemləri ilə bağlı sualları cavablandırıb.

Xüsusilə keçən il səhhətində bəzi problemlər yaşayan və keçən həftə bir proqramda özünü yaxşı hiss etmədiyini açıqlayan 87 yaşlı Papa Fransisk , "necə oldunuz" sualına "Hələ də sağam" deyərək cavab verib .

Papa Fransisk istefa vermək fikrində olub-olmaması ilə bağlı suala belə cavab verib : "Bu, bir fikir, narahatlıq və ya istək deyil, bütün papalara açıq bir imkandır. Lakin bu, hazırda fikirlərimin mərkəzində deyil. Nə qədər ki, mən xidmət edə bilərəm, irəli gedəcəyəm".

Papa həmçinin qeyd edib ki, şərtlər dəyişərsə, bunu nəzərə almalı olacaq.

Aynurə