Mingəçevir sakini toyda öldü
    • 29-06-2024, 21:25
    • 7 284

Mingəçevir sakini toyda öldü


Mingəçevirdə toyda iştirak edən şəxs  ölüb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə "Zümrüd" şadlıq sarayında baş verib.

Belə ki, toyda işrirak  edən 1968-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Rafael  Əsgərovun qəfil halı pisləşib və oradaca dünyasını dəyişib.

Əldə edilən məlumata görə, ölümə ürək çatışmazlığı səbəb olub.

Faktla bağlı araşdırma aparılır.