Sumqayıtda toy yasa döndü
    • 24-06-2022, 00:43
    • 282

Sumqayıtda toy yasa döndü

Sumqayıtda toy mərasimi yasa dönüb.

Hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən "Gold Palas" şadlıq sarayında baş verib.

Toy məclisində qonaq qismində iştirak edən, 1967-ci il təvəllüdlü Bayramov Saleh Bəylər oğlu toyda halı qəfil pisləşib. Şadlıq sarayına təcili tibbi yardım briqadası gələrək xəstəni müayinə edib. Məlum olub ki, S.Bayramov infakt keçirib. O təcili olaraq xəstəxanaya götürülsə də, yolda dünyasını dəyişib. /Trend/