Ramazanda cəzaçəkmə müəssisəsilərinə baş çəkilib
    • 21-05-2019, 17:43
    • 752

Ramazanda cəzaçəkmə müəssisəsilərinə baş çəkilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq, mayın 21-də bir neçə cəzaçəkmə müəssisəsində seminar-treninqlər keçirilib.

Komitədən News24.az-ın verilən məlumata görə, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində “Ramazan rəhmət və bağışlanma ayıdır” mövzusunda keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev, həmçinin  Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov iştirak ediblər.

Dövlət Komitəsinin əməkdaşları Mahir Qəniyev və Rövşən Nəzərov Ramazan ayının fəziləti, həmçinin tövbə mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.