Köhnə Ələt-Astara avtomobil yolunda körpü tikilir
    • 30-06-2024, 12:52
    • 244

Köhnə Ələt-Astara avtomobil yolunda körpü tikilir


Köhnə Ələt-Astara avtomobil yolu üzərində yerləşən köhnə körpününün yerində yenisi tikilir.

News24.az "Report"a istinadla xəbər verir ki, yeni körpü Cəlilabad rayonunun Muğan kəndi ərazisindən keçən çay üzərində inşa olunur.

Tikinti işləri ilə əlaqədar olaraq ərazidən keçən avtomobillərin rahat hərəkəti üçün alternativ yol çəkilib.

Qeyd edək ki, sözügedən ərazidə körpünün tikintisi sürətlə davam etdirilir.