4 bal gücündə zəlzələ oldu
    • 27-04-2024, 10:08
    • 307

4 bal gücündə zəlzələ oldu

Seysmoloqlar bu gün saat 13:59-da (Moskva vaxtı ilə 05:59) Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin regionu) 4,0 bal gücündə zəlzələ qeydə alıblar. 

News24.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən verilən məlumata görə, yeraltı təkanlar yerli sakinlər tərəfindən hiss olunub.

"Zəlzələnin episentri Malokurilskoye kəndindən 34 km cənubda (Şikotan adası - TASS qeydi) 47 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Kunaşir və Şikotan adalarında hiss olunub", - agentliyin həmsöhbəti bildirib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların gücü iki bala qədər olub. Sunami təhlükəsi elan olunmayıb.

Günel Məlikizadə