Avro-2024: Fransa Belçikaya qarşı
    • 1-07-2024, 09:00
    • 188

Avro-2024: Fransa Belçikaya qarşı


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər.


Avro-2024

1/8 final


1 iyul

20:00. Fransa - Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Portuqaliya - Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.