İsrail təyyarəsi məcburi eniş etdi
    • 1-07-2024, 10:10
    • 254

İsrail təyyarəsi məcburi eniş etdi

Diplomatik mənbələr Polşanın paytaxtı Varşavadan İsrailin paytaxtı Təl-Əvivə uçan İsrail mərkəzli El Al Hava Yollarına məxsus təyyarənin Antalya Hava Limanına təcili eniş etməsi ilə bağlı məlumat paylaşıb.

News24.az xəbər verir ki, Antalyaya enən El Al təyyarəsi ilə bağlı mənbələr, "Təyyarənin təcili enişinə xəstə sərnişinə görə icazə verilib. Təyyarəyə humanitar yardım üçün yanacaq verilməli idi. Müvafiq prosedur tamamlanmaq üzrə ikən, kapitan öz istəyi ilə ayrılmaq qərarına gəlib” dedi.

İsrail mətbuatında yer alan bəzi xəbərlərdə Antalya Hava Limanı səlahiyyətlilərinin Varşavadan Təl-Əvivə uçan hava yolu şirkəti İsraildə olduğu üçün təyyarəyə yanacaq verməkdən imtina etdiyi iddia edilib.

Antalya Hava Limanı Sərhəd Mülki İdarəsinin rəisi Suat Seyitoğlu Antalyada təcili eniş edən İsrailin El Al Hava Yollarına məxsus sərnişin təyyarəsinin xəstə sərnişini düşürdükdən sonra şəhəri tərk etdiyini bildirib.

Seyitoğlu İsrail mətbuatında yer alan bəzi xəbərlərdə "təyyarəyə yanacaq verilməsini hava yolu şirkətinin İsrailə aid olduğu üçün Antalya Hava Limanı səlahiyyətliləri tərəfindən rədd edildi" iddiaları ilə bağlı açıqlamalar verib.

Təyyarənin Avropadan havaya qalxdığını bildirən Seyitoğlu, "İsrail təyyarəsi göyərtəsində olan təcili xəstə səbəbiylə Antalya Hava Limanına enir. Daha sonra sərnişinini düşürür və öz planına davam edir. Yanacaq kimi məsələlər ticarət məsələlərdir. Bizim işimiz deyil. Təyyarəni heç kim ələ keçirə bilməz",- deyə açıqlama verib.

Günel Məlikzadə