Zaqatalada FACİƏ: ÖLƏN VAR
    • 3-07-2024, 17:11
    • 927

Zaqatalada FACİƏ: ÖLƏN VAR

Zaqatala Suvarma Sistemləri idarəsinin əməkdaşını iş başında ölüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.

Zaqatala Suvarma Sistemləri idarəsində elektrik işləyən, 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev təmir işləri aparan zaman nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.