İyul həmişəkindən daha isti olacaq
    • 1-07-2024, 14:23
    • 179

İyul həmişəkindən daha isti olacaq

Sinoptiklər bildiriblər ki, iyul ayında Rusiyanın əksər bölgələrində havanın temperaturu iqlim normasını keçəcək.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, Mərkəzi, Cənubi, Şimali Qafqaz və Volqa federal dairələrində havanın həmişəkindən daha isti olacağı gözlənilir. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "İnterfaks"a bildirib ki, ölkənin şimal-qərbində temperatur  Leninqrad, Pskov və Voloqda vilayətlərində adi göstəriciləri keçəcək.

Vilfand əlavə olaraq bunu da qeyd edib ki, iyul ayı yalnız Yamalo-Nenets Muxtar Dairəsində həmişəkindən daha soyuq olacaq.

Məryəm