Ərdoğan və Putin Astanada görüşəcək
    • 3-07-2024, 12:12
    • 178

Ərdoğan və Putin Astanada görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Türkiyənin dialoq tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirak edəcək.

News24.az TASS-a istinadən xəbər verir ki, Ərdoğan burada Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada Putin və Ərdoğanın Astanada keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini bildirib.

Onu da qeyd edək ki, Ərdoğan və Putinin müzakirə edəcəyi ən mühüm məsələlərdən biri də son günlər verilən açıqlamalarla yenidən qızışan Suriya məsələsidir.

Günel Məlikzadə