“Qalatasaray” Marko Reusu istəyir
    • 1-07-2024, 14:54
    • 203

“Qalatasaray” Marko Reusu istəyir

"Qalatasaray" və "Trabzonspor" Marko Reusu transfer etmək üçün cəhdlərə başlayıb.

News24.az Alman mətbuatı Bild-ə istinadən xəbər verir ki,  Superliqada mübarizə aparan iki komanda ulduz futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır.

"Qalatasaray" və "Trabzonspor"un 35 yaşlı Reusun son vəziyyətini araşdırdığı və vəziyyəti ilə maraqlandığı öyrənilib.

Qeyd edək ki, Reus üçün Türkiyədən başqa Səudiyyə Ərəbistanından olan komandalar da fəallıq göstərir.

Dortmundda 12 il keçirən Reus 429 matçda 170 qol vurub, 131 məhsuldar ötürmə edib.

Günel Məlikzadə