-
- 12-06-2024, 15:32
- 488
"Qalatasaray" Kerem Aktürkoğluna alternativ tapdı
Kerem Aktürkoğlunun getmə ehtimalını nəzərə alan "Qalatasaray" gənc ulduz üçün alternativ müəyyən edib.
News24.az Milliyet-ə istinadən xəbər verir ki, sarı-qırmızılılar milli futbolçunun ayrılmaq qərarı verəcəyi təqdirdə "Alanyaspor"dan Oğuz Aydının transferi üçün şərtləri irəli sürəcək.
OKAN BURUK TƏLƏB EDİB
"Qalatasaray" idarəçilərinin baş məşqçi Okan Burukun Oğuzu transfer etmək istəməsindən sonra Kerem Aktürkoğlunun qərarına əsasən yol xəritəsi çəkəcəyi də bildirilib.
Real Sosyedad və Səudiyyə Ərəbistanından təklif aldığı bildirilən Kerem qərarını Avropa çempionatından sonra verəcək.
Milli futbolçunun satışından 20 milyon avro gəlir gözləyən "Qalatasaray"ın Oğuz Aydının transferi üçün 5 milyon avronu qurban verməli olduğu vurğulanıb.
Onu da qeyd edək ki. sarı-qırmızılı forma ilə 173 rəsmi oyuna çıxan Kerem Aktürkoğlu bu matçlarda 44 qol vurub, 39 məhsuldar ötürmə verib.
Günel Məlikzadə