“Xəzri” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
    • 1-07-2024, 22:08
    • 199

“Xəzri” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

“Xəzri” basketbol klubu baş məşqçi ilə bağlı qərarını verib.

News24.az İdman.biz-ə istinadla bildirir ki, komanda yoluna Murat Dikmən ilə davam edəcək.

Türkiyəli mütəxəssis ilə yeni 1 illik müqavilə imzalanıb. Komanda avqustun 1-də növbəti mövsümün hazırlıqlarına start verəcək. Bakı klubunun avrokuboklarda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Xəzri” ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını qazanıb.