"Zirə”dən üç futbolçu ilə bağlı QƏRAR
    • 9-06-2024, 13:54
    • 147

"Zirə”dən üç futbolçu ilə bağlı QƏRAR


“Zirə” klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qismət Alıyevlə iki, Anar Nəzirovla isə bir illik yeni sözləşmə bağlanılıb.

Bundan başqa ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu isə komanda “Şamaxı”dan transfer edib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.