-
- 23-05-2024, 13:38
- 318
“Azərreyl”dən baş məşqçi QƏRARI
Kişi voleybolçulardan ibarət "Azerreyl" yeni mövsümdə daha yeni mövsüm üçün heyətinin formalaşdırmağa başlayıb.
News24.az İdman.Biz-ə istinadən bildirir ki, Bakı təmsilçisi baş məşqçi postunda dəyişiklik etməyəcək.
Danışıqların yekununa əsasən, Boris Qrebennikov "Azerreyl"də işini davam etdirəcək. Təcrübəli mütəxəssislə müqavilə daha 1 illiyə artırılıb. Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişafıdır.
Qeyd edək ki, "Azerreyl" Boris Qrebennikovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medalını qazanıb.