Sertab Erener: “Səhhətimlə bağlı problemlər var
    • 1-07-2024, 23:30
    • 447

Sertab Erener: “Səhhətimlə bağlı problemlər var"

Bu il İsveçin Malmö şəhərində keçirilən Eurovision mahnı müsabiqəsinin ikinci yarımfinalında; Vaxtilə “Eurovision”da iştirak etmiş xanım müğənnilər qonaq qismində səhnəyə çıxıblar. Bu özəl gecədə Sertab Erener 2003-cü ildə Türkiyədə birincilik qazandığı "Everyway That I Can" mahnısı ilə salondakı musiqisevərləri coşdurub. Sertab Erenerin ifası uzun müddətdir sosial mediada trend olub.

News24.az xəbər verir ki, 59 yaşlı məşhur müğənni sosial media hesabında bəzi konsertlərini ləğv etməli olduğunu açıqlayıb.

Erener, "İsveçdə keçirilən Eurovision Mahnı Müsabiqəsinin yarımfinalından döndüyüm gündən bir aydır ki, səhhətimdə xoşagəlməz problemlərlə mübarizə aparıram. Təəssüf ki, bu prosesdə iyun konsertlərinin bir hissəsini təxirə salmalı oldum".

Müğənni sözünə belə davam edib: "Təfərrüatlara varmadan deyim, amma ciddi səbəbim olmasaydı, inanın ki, nə olursa olsun konserti ləğv etməzdim. İndi şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. 5 iyulda dinləyəcəyiniz yeni mahnı və ən sevdiyiniz mahnı "Bi Polar" mahnıları ilə səhnədə görüşəcəyimizə sevinirik".

Günel Məlikzadə