Şimali Koreyadan yeni raket
    • 2-07-2024, 13:10
    • 172

Şimali Koreyadan yeni raket

Şimali Koreya dünən keçirdiyi raket sınağı ilə bağlı açıqlama verib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərdə 4,5 tonluq “super iri” döyüş başlığı daşıma gücünə malik yeni “Hwasong-11Da-4,5” taktiki ballistik raketinin uğurla sınaqdan keçirildiyi bildirilib.

News24.az xəbər verir ki, sınağın raketin uçuş qabiliyyətini və maksimum 500 kilometr, minimum 90 kilometr məsafədə vurma dəqiqliyini təsdiq etmək üçün “ağır döyüş başlığı”ndan istifadə edilərək həyata keçirilib. Şimali Koreya Raket Administrasiyası raketin 250 kilometr orta mənzilli performansını yoxlamaq üçün isə iyul ayında növbəti sınaq keçirəcəyini bildirilib.  

qeyd edək ki, Cənubi Koreya Baş Qərargahından (JCS) verilən açıqlamada, dünən yerli vaxtla saat 05.05 radələrində Pxenyanın Cənubi Hvanqhae əyalətindəki Canqyon bölgəsindən şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket atdığı bildirilib.

Açıqlamada saat 05.15 radələrində naməlum tipli daha bir raketin atıldığı, raketlərin müvafiq olaraq 600 kilometr və 120 kilometr uçduğu bildirilib. Bildirilib ki, raket qısa məsafə qət etdiyi üçün ikinci cəhd də uğursuz hesab edilib.

Şimali Koreyanın son raket sınağı ABŞ, Cənubi Koreya və Yaponiya tərəfindən keçən həftə Ceju adasının cənubundakı sularda həyata keçirilən "Freedom Edge" adlı 3 günlük hərtərəfli ortaq hərbi təlimə cavab olaraq şərh edilib.

Günel Məlikzadə