İranda seçkiyə doğru: İnternet qadağası, ikinci tur..
    • 2-07-2024, 21:20
    • 231

İranda seçkiyə doğru: İnternet qadağası, ikinci tur..

İranda prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq namizədlər dövlət televiziyasında yayımlanan debatda yarışıblar.

News24.az xəbər verir ki, bir tərəfdən islahatçı prezidentliyə namizəd Məsud Pezeşkiyan, digər tərəfdən isə mühafizəkar Səid Cəlili.

Təxminən 2 saat davam edən müzakirə proqramında islahatçı Pezeşkiyan və mühafizəkar Celili xarici siyasətdən internet qadağalarına qədər bir çox sualı cavablandırıb.

Pezeşkian müdafiə edib ki, inkişaf etmək və böyümək üçün dünya ilə daha yaxşı və daha çox əlaqələr qurmaq lazımdır.

“Biz qonşularımızdan başlayacağıq və bacardığımız qədər uzağa gedəcəyik".

İslahatçı namizəd Celili-nin nüvə sazişinə və Beynəlxalq Maliyyə Fəaliyyəti İşçi Qrupuna qarşı çıxmasını tənqid edib.

Cəlili xatırladıb ki, nüvə sazişi zamanı Beynəlxalq Atom Enerjisi Agentliyi İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini 14 dəfə təsdiqləyib. Lakin o, ABŞ-ın buna baxmayaraq sazişdən çıxdığını bəyan edib.

Cəlili onu da qeyd edib ki, Ruhaninin Qərb ölkələri ilə münasibətlərə yönəlmiş xarici siyasəti yanlışdır.

Pezeşkiyan internet qadağalarına diqqət çəkib.

"İnternet məkanındakı maneələr səbəbindən bir çox insan işini itirdi" dedi.

Cəlili onu da izah edib ki, xarici platformalar ölkə qanunlarına uyğun hərəkət edərsə, İranda fəaliyyət göstərməsinə heç bir maneə yoxdur.

İki namizəd debatın sonunda qucaqlaşaraq zalı birlikdə tərk ediblər. İranda prezident seçkilərinin ikinci turu cümə günü keçirilir.

Günel Məlikzadə