İranda namizədlərin heç biri qalib GƏLMƏDİ..
    • 29-06-2024, 13:10
    • 434

İranda namizədlərin heç biri qalib GƏLMƏDİ..

İranda keçirilən prezident seçkilərində namizədlərdən heç biri 50 faizi keçə bilmədiyi üçün ikinci tura ən çox səs toplayan islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili keçib.

News24.az xəbər verir ki, seçkilərdə iştirak nisbəti 40 faiz səviyyəsində qalıb.

İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami səsvermə qutularının gecə yarısı açıldıqdan sonra 19 milyon 69 min 713 səsin hesablandığını açıqlayıb.

Qeyd edək ki, Səs bölgüsünə baxdıqda Pezeşkiyan 8 milyon 302 min 577 (43.5%) səs toplayaraq birinci olub. Son məlumatlara görə, Celili 7 milyon 189 min 756 (37.7%) səslə ikinci olub.

19 milyon səsdən 2 milyon 676 min 512 səs toplayan Muhammed Bakır Kalibaf 14 faizlə üçüncü, Mustafa Purmuhammedi isə 0,8 faizlə dördüncü yerdə qərarlaşıb.

Günel Məlikzadə