Apple-ın bu modeli "vintage" siyahısındadır
    • 3-07-2024, 10:51
    • 164

Apple-ın bu modeli "vintage" siyahısındadır

Apple, 2017-ci ildə debüt edən iPhoneX modeli ilə birlikdə "vintage" məhsulları siyahısına daha iki məhsul əlavə edib.

News24.az xəbər verir ki, ABŞ texnologiya nəhəngi köhnə məhsullar üçün avadanlıq xidmətlərini dayandırır və xidmət təminatçıları köhnə məhsullar üçün hissələri sifariş edə bilmir.

Beləliklə, Apple köhnə məhsulların xidmət və texniki xidmət xərclərini azaldır və şirkətin resurslarından daha səmərəli istifadəni təmin edir.

Köhnə SİYAHIYA 5 İLLİK MƏHSULLAR ƏLAVƏ OLUNUR

Apple-a görə, köhnəlmiş məhsullar siyahısına cihaz 5 ildən çox əvvəl və 7 ildən az əvvəl satışı dayandırıldıqda əlavə edilir.

Bu səbəbdən iPhone X artıq Apple-dan heç bir dəstək almayacaq.

Digər tərəfdən, Apple iPhone X modelləri ilə birlikdə 1-ci nəsil HomePod və AirPods cihazlarını vintage siyahısına əlavə edib.

Apple-ın vintage siyahısındakı köhnə məhsullar aşağıdakılardır:

  • iPhone 4
  • iPhone 5
  • iPhone 6
  • iPhone SE
  • iPhone 8
  • iPhone 8 Plus
  • iPhone X

Günel Məlikzadə