-
- 2-08-2018, 18:30
- 1 088
Komendata hücum edən transgenderə hökm oxundu – VİDEO
Nəsimi Rayon Məhkəməsində yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Şəlalə Həsənovanın çıxardığı hökmə əsasən, şərti cəza verilib və Q.Sultanov məhkəmə zalından azadlığa buraxılıb.
Hadisə Nəsimi rayonunda yerləşən “Kristal Abşeron”un binalarının birində baş verib. Elektrik enerjisinin kəsilməsinə görə sakin Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib.
Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb. Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi, sadəcə, elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib. Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb, onun izahatı alınıb, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılıb. Lakin bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizimyol.info