Evinizi sərin saxlamaq üçün bunları edin
    • 3-07-2024, 23:59
    • 9 524

Evinizi sərin saxlamaq üçün bunları edin

Yayın gəlişi ilə havaların temperaturu artdığından bir çox insanın bütün yayı tətildə keçirməsi mümkün deyil. Belə olan halda yaşayış yerlərində isti havaya qarşı həll yolları tapmaq lazımdır. 

News24.az xəbər verir ki, evinizi sərin saxlamaq üçün aşağıdakıları edin.

PƏRDƏLƏRİ BAĞLI SAXLAYIN

Daxili hava istiliyinin 30%-i günəş işığının pəncərələrdən evə daxil olması nəticəsində yaranır. Bu səbəblə isti günlərdə pərdələrinizin bağlı qalması günəşin təsiriylə otağın daha da istiləşməsinin qarşısını ala bilər.

EVİ İSİDƏCƏK HƏRƏKƏTLƏR ETMƏYİN

Ocaqda və ya sobada  yemək bişirmək, paltarları ütüləmək kimi ev işləri yaşayış yerinizin istiləşməsinə səbəb ola bilər. Bu səbəbdən bu cür işləri gündüz yerinə axşam saatlarında etməyi seçmək faydalı ola bilər.

EV BİTKƏLƏRİNDƏN FAYDALANIN

Ətrafınızı sərin tutmağın başqa bir yolu da havanı təmizləyən və tərləyərkən evi sərinləşdirən aloe vera, paşa qılıncı, qıjı və zal sarmaşığı kimi bitkilərdən bəzəkdə istifadə etməkdir.

SƏRİN PARÇA SEÇİN

Yataq örtükləri, divan örtükləri kimi bəzək məhsulları üçün kətan və muslin kimi yay üçün uyğun parçalardan istifadə edin. Bundan əlavə, böyük və qalın xalçalar yerinə nazik xalçaların seçilməsi otağınızın temperaturunu azaltmağa kömək edə bilər.

Axşam saatlarında Pəncərə və Qapılarınızı AÇIN

Günəşin olmadığı axşam saatları daha sərin olacağı üçün bu saatlarda qapı və pəncərələrin açılması evinizi sərin tutmağa kömək edə bilər.

Günel Məlikzadə