Aldadılan qız sevgilisini bıçaqladı
    • 6-07-2024, 13:30
    • 458

Aldadılan qız sevgilisini bıçaqladı

Gənc qız sevgilsinin ona xəyanət etdiyini iddia edərək, oğlanı döyüb, sonra bıçaqlayıb.

News24.az xəbər verir ki, E.K. (17) və Ömər K. (22) bir müddət əvvəl tanış olub və sevgili olublar.

Ömər K. sosial şəbəkədə E.K-nın yaxın dostu ilə danışmağa başlayıb. Bundan xəbər tutan E.K sevgilisi Ömer K ilə görüşmək istədiyini bildirib. Onlar arasında mübahisə düşüb.

Mübahisə zamanı Ömər K. sevgilisini sakitləşdirməyə çalışıb. Lakin E.K sevgilisini döyərək, ayağından bıçaqlayıb. Hadisə yerinə sövq edilən təcili tibbi yardım maşını ilə gəncə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Qeyd edək ki, gəncin sevgilisindən şikayət etmədiyi öyrənilib.

Günel Məlikzadə