Madonnanın ölümdən döndüyü gün
    • 6-07-2024, 12:31
    • 307

Madonnanın ölümdən döndüyü gün

Ötən ilin iyununda otel otağında huşsuz vəziyyətdə tapılan və reanimasiyada ciddi bakterial infeksiyadan müalicə alan Madonna az qala öləcəkdi.

News24.az xəbər verir ki, dünya turnesini başa vuran "Pop kraliçası" sosial şəbəkədə ölümdən döndüyü günlərdən danışıb.

65 yaşlı müğənni 4 İyul Müstəqillik Günü şənliyindən çoxlu fotolar paylaşaraq bu qeydi yazıb:

"Bir il əvvəl bu gün mən həyati təhlükəsi olan xəstəlikdən sağaldıqdan sonra xəstəxanadan təzəcə qayıtmışdım, həyətimdə çətinliklə dayana bildim. Möcüzəvi şəkildə sağaldım və heyrətamiz bir il keçirdim".

Digər tərəfdən, "Celebration" turnesini tamamlayan Madonnaya konsertə gecikdiyi iddiası ilə iddia açılıb. Pop musiqisinin ikonik adının dünya turu 2024-cü ilin ortası hesabatına görə ən çox gəlir gətirən tur oldu.

Pollstar-ın orta illik hesabatına görə, "Celebration" adlı tur indiyə qədər 2024-cü ilin ən çox gəlir gətirən turu olub.

Qeyd edək ki, müğənni bilet qiymətlərinin təxminən 209 dollar olduğu hər konsertindən 2 milyon 794 min dollar qazanıb.

Müğənni 65 konsertindən 34-də ümumilikdə 856 247 bilet satışına nail olub.

Günel Məlikzadə