Xırdalanda dəhşət - ər arvadına çoxsaylı bıçaq zərbəsi endirdi
    • 4-07-2024, 07:28
    • 579

Xırdalanda dəhşət - ər arvadına çoxsaylı bıçaq zərbəsi endirdi


Abşeron rayonunda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı yaşadığı evin həyatyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.