Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
    • 4-07-2024, 10:08
    • 165

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamentinə direktor təyin edilib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Vüqar Məsimova həvalə olunub.

O, bundan əvvəl qurumun İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri vəzifəsində çalışıb.//Report