Mehriban Məmmədovaya yüksək vəzifə verildi
    • 13-05-2024, 16:32
    • 287

Mehriban Məmmədovaya yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

News24.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.