Azyaşlı uşaqlar evi yandırdı
    • 4-07-2024, 11:12
    • 120

Azyaşlı uşaqlar evi yandırdı

Udmurtiyada dörd yaşlı əkiz uşaqlar evdə yanğın törədib.

News24.az xəbər verir ki, hadisə Qlazovda baş verib.

Uşaqlar alışqan tapıb və ütü masasında olan paltarları yandırıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə yanğın 14 kvadrat metr  ərazini əhatə edib.

Nazirlik əlavə olaraq onu da qeyd edib ki, alışqanlar və kibritlər uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Məryəm