Moskvada 305 nəfərin olduğu otel yandı
    • 4-05-2021, 09:59
    • 364

Moskvada 305 nəfərin olduğu otel yandı

Moskvada oteldə yanğın hadisəsi baş verib.

News24.az TASS-a istinadən xəbər verir ki, yanğın zamanı "Veçnıy Zov" otelindən 114-ü uşaq olmaqla ümumilikdə 305 nəfər xilas edilib. Onlardan 3-ü reanimasiya şöbəsinə yerləşdirilib. Ümumi xəsarət alanların sayının 10 olduğu bildirilir.

100 kvadrat metr ərazini əhatə edən yanğın yerli vaxtla 03:27-də başlayıb, 04:30-da isə söndürülüb.