Münasibətləri kabuslara çevirir!
    • 4-07-2024, 12:59
    • 148

Münasibətləri kabuslara çevirir!

Otello sindromu, insanın yaxın münasibətdə olduğu bir insana qarşı həddindən artıq qısqanclıq, vəsvəsə və etibarsızlıq hissləri yaşadığı psixoloji bir vəziyyətdir.

News24.az xəbər verir ki, bu sindromu yaşayan insanlar  partnyorlarının xəyanəti ilə bağlı irrasional və qeyri-real inanclara malikdirlər.

Bu inanclar çox vaxt onların gündəlik həyatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Otello sindromu hər kəsə təsir edə bilər, lakin kişilərdə daha çox rast gəlinir. Adətən 30-40-cı yaşlarda başlayır, lakin daha erkən və ya daha gec yaşda da baş verə bilər.

Otello sindromunun dəqiq səbəbi bilinməsə də, bir çox amillərin rol oynadığı düşünülür: əsas genetik meyl, travmatik keçmiş, etibarsızlıq hissi.

 Psixoloq Kaan Üçyıldız: “Unutmayın, sevgi inam və hörmətə əsaslanan bir duyğudur. Qısqanclıq və aldatmalar bu gözəl hissi kölgədə qoymamalı və münasibətlərinizi zəhərləməməlidir. Əgər siz və ya tanıdığınız biri Otello sindromu yaşayırsa, mütəxəssisdən kömək istəmək son dərəcə vacibdir. Bu sindromu idarə etmək və sağlam münasibətlər qurmaq mümkündür”, - deyib.

Məryəm