Tik pozğunluğu ən çox hansı yaşda olur?
    • 28-02-2024, 12:54
    • 689

Tik pozğunluğu ən çox hansı yaşda olur?

Tik pozğunluğu nədir və ən çox hansı yaşda olur?

News24.az xəbər verir ki, tik pozğunluqları adətən 6-7 yaş ətrafında başlayır. Bunlar əsasən baş və boyun nahiyəsində baş verən qısa, sürətli və ya qəfil qeyri-ixtiyari hərəkətlərdir. Göz qırpma, sıçrama, baş silkələmə şəklində ola bilər. Uşaqların 20 faizə qədərində motor tikləri inkişafının bir hissəsi kimi irrəlliyə bilər, lakin bunlar adətən bir neçə həftədən aylara qədər davam edir və yox olur. Turet sindromu, çoxlu motor tikləri və bir və ya daha çox səs tiklərinin bir ildən artıq müddət ərzində mövcud olduğu neyroinkişaf pozğunluğu oğlanlarda 3-4 dəfə çox rast gəlinir.

Tik pozğunluğu obsesif-kompulsiv davranışlar, diqqət çatışmazlığı/hiperaktivlik pozuqluğu, depressiya, narahatlıq və öyrənmə çətinlikləri ilə müşayiət oluna bilər.

Tik öz-özünə yoxsa müalicə ilə yox olur?

Keçici tik pozğunluğu 12 aydan az davam edən tiklərdir. Xroniki və ya davamlı tik pozğunluğu, 1 ildən çox müddət ərzində mövcud olan çoxsaylı motor tikləri və ya səs tikləri kimi müəyyən edilir. Tourette Sindromu diaqnozu qoyulmuş uşaqlarda 1 ildən çox davam edən çoxlu motor və bir və ya daha çox səs tikləri var.

Əgər xəstədə ilkin müdaxiləyə baxmayaraq problemli olmaqda davam edən əlavə xəstəliklər və ya tiklər nəticəsində yaranan simptomlar varsa, bir mütəxəssisə (məsələn, uşaq nevroloqu, uşaq psixiatrına) müraciət etmək tövsiyə olunur.

Günel Məlikzadə