Portuqaliya-Fransa 1/4 final matçı: MÜMKÜN 11
    • 4-07-2024, 13:48
    • 368

Portuqaliya-Fransa 1/4 final matçı: MÜMKÜN 11

2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) 1/4 final matçında sabah Portuqaliya və Fransa maraqlı qarşılaşma keçirəcək. Rəqiblərini bir-bir mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksələn Kriştiano Ronaldonun Portuqaliya yığması Mbappenin Fransasına qalib gələrək yarımfinala vəsiqəni almaq istəyir.

News24.az xəbər verir ki, Hamburqdakı Volkspark Stadionunda oynanılacaq və saat 23.00-da başlayacaq.

Oyun TRT 1-də canlı yayımlanacaq.

Qeyd edək ki, qarşılaşmanı britaniyalı referi Maykl Oliver idarə edəcək.

Oliverin köməkçiləri eyni ölkədən Stüart Bert və Den Kuk olacaq.

Bu turu keçən komanda yarımfinalda İspaniya - Almaniya matçının qalibi ilə qarşılaşacaq.

MATÇIN MÜMKÜN 11

Matçdan əvvəl UEFA-nın saytında mümkün 11-liklər aşağıdakılardır:

Portuqaliya: Diogo Kosta, Joao Cancelo, Pepe, Ruben Dias, Nuno Mendes, Bruno Fernandes, Joao Palhinha, Vitinha, Diogo Jota, Ronaldo, Bernardo Silva

Fransa: Maignan, Kounde, Saliba, Upamecano, Hernandez, Kante, Tchouameni, Griezmann, Dembele, Thuram, Mbappe


Günel Məlikzadə