Məşhur müğənni xərçəngə tutuldu - FOTO
    • 4-07-2024, 15:32
    • 31 629

Məşhur müğənni xərçəngə tutuldu - FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu səbəbdən qrup bu il planlaşdırılan turnesinin təxirə salındığını açıqlayıb.

Uilson İnstaqram hesabından açıqlama verərək bunları qeyd edib: "Bu yaxınlarda əməliyyat keçirdim. Əməliyyat uğurlu oldu və özümü əla hiss edirəm. Lakin həkimlərim indi mənə profilaktik kimyaterapiya almağı tövsiyə edir və mən bunu etmək qərarına gəldim. Həkimlər mənə tam sağalmağımın bir il çəkəcəyini söylədi. Dəstəyiniz üçün təşəkkür edirəm".