Məşhur müğənni təcili əməliyyata aparıldı: son vəziyyəti
    • 4-04-2024, 14:40
    • 153

Məşhur müğənni təcili əməliyyata aparıldı: son vəziyyəti

Məşhur müğənni Aydilge iki gün əvvəl sosial şəbəkədə əməliyyat olunacağını açıqlamışdı.

News24.az xəbər verir ki, xəstəxanadan paylaşım edən Aydilgə, "Təcili əməliyyat olunmalıyam. Düşünürəm ki, səhnədə bir az çox tullandım. Omba nahiyəmdə yaranan yırtıq çox böyükdür. Ona görə də təmizlənib tikilməsi lazımdır. Xahiş edirəm dualarınızı əsgirməyin”.

Əməliyyata alınan və əməliyyat 4,5 saat davam edən Aydilge son vəziyyətini izləyiciləri ilə bölüşüb.

Tanınmış müğənni "Əməliyyatım çox uğurlu keçdi. İndi çox yaxşıyam. Sizə söz verirəm, ən qısa zamanda ayağa qalxacağam. Dualarınız və "Yaxşı enerjiniz üçün təşəkkür edirəm" dedi.

Günel Məlikzadə