139 min akr ərazi yandı - FOTO
    • 4-07-2024, 16:15
    • 165

139 min akr ərazi yandı - FOTO

ABŞ meşə yanğınları ilə mübarizə aparır. 

News24.az xəbər verir ki, Kaliforniya ştatının paytaxtı Sakramento yaxınlığında çərşənbə axşamı başlayan meşə yanğınları səbəbindən Butte bölgəsində təxminən 28 min insan təxliyə edilib.

Kaliforniya Dövlət Parkları səlahiyyətliləri, bir çox qurumun yanğına müdaxilə etdiyini və hər kəsin mümkün qədər tez evlərinə qayıtması üçün çalışdıqlarını bildirib.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti (Cal Fire) tərəfindən paylaşılan məlumatlarda alovların Kaliforniya əyalətində 2934 nöqtədə yüksəldiyi ifadə edilib.

Məlumatlara görə, 139 min 590 dekar sahə külə dönüb.

Yanğınla bağlı 300 min 173 fövqəladə müdaxilə edilib, 26 tikili zədələnib, 48 tikili yararsız hala düşüb.

Günel Məlikzadə