-
- 28-02-2024, 13:30
- 375
Texasda “fövqəladə vəziyyət” elan edilib
ABŞ-ın Texas ştatının şimalındakı Panhandle qəsəbəsində fevralın 26-da başlayan meşə yanğınları ilə əlaqədar “fövqəladə vəziyyət” elan edilib.
News24.az xəbər verir ki, ştat rəsmiləri Panhandle-də baş verən yanğınlar səbəbilə 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin təsirləndiyini bildirib.
Səlahiyyətlilər, yanğınların saatda 64-96 kilometr sürətlə əsən küləklər səbəbiylə bölgəyə sürətlə yayıldığını və görünməni azaldan tüstü səbəbindən bölgədə bir çox yolun nəqliyyata bağlandığını bildirib.
Qeyd edək ki, Texas qubernatoru Greg Abbott verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları ilə əlaqədar "fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.
Günel Məlikzadə