"Plastik əməliyyat günahdır"
    • 4-07-2024, 23:32
    • 368

"Plastik əməliyyat günahdır"

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatları pisləyib.

News24.az Axşam.az-a istinadən  xəbər verir ki, aktyor bu haqda "Şən gənc" verilişində danışıb. O, plastik əməliyyatı pisləyib:

"Plastik əməliyyat günahdır. İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, olar. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil".