Gecə körpüyə çıxıb intihar etmək istədi - Video
    • 5-07-2024, 10:03
    • 326

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq  intihara cəhd edib. Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasediciləri cəlb olunub. 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq  intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.