Xırdalanda intihara cəhdin qarşısı alındı - YENİLƏNDİ
    • 31-07-2023, 11:14
    • 206

Xırdalanda intihara cəhdin qarşısı alındı - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Bu barədə News24.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

xxx
10:41


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.