Bakıda növbəti intihara cəhd hadisəsi KRANIN ÜZƏRİNƏ ÇIXIB...
    • 7-06-2019, 15:24
    • 970

Bakıda növbəti intihara cəhd hadisəsi KRANIN ÜZƏRİNƏ ÇIXIB...

Bakıda intihara cəhd hadisəsi baş verib. 

News24.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.