Orban: Ukrayna ilə Rusiya arasında danışıqlar apara bilmərəm
    • 5-07-2024, 14:32
    • 273

Orban: Ukrayna ilə Rusiya arasında danışıqlar apara bilmərəm

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə Rusiya arasında danışıqlar aparmaq iqtidarında olmadığını bildirib.

News24.az xəbər verir ki, Qərbin Ukraynaya hərbi yardımını tənqid edən və Rusiya prezidenti Vladimir Putinlə ən isti münasibətləri olan Avropa İttifaqının (Aİ) lideri Orban bildirib ki, Macarıstanın hazırda bloka sədrlik etməsi ona danışıqlar aparmaq səlahiyyəti vermir.

Bu səhər radioya verdiyi müsahibədə “Mənim heç bir şeyi təmsil etmədiyim üçün səlahiyyətə ehtiyacım yoxdur” deyən Orban günün ilerleyen saatlarında Moskvaya gedəcəyi ilə bağlı iddialara cavab verməyib.

Cümə axşamı, iyulun 4-də Orbanın səfəri ilə bağlı mediada yayılan xəbərlərin ardınca Aİ liderlər şurasının sədri Çarlz Mişel sosial mediada verdiyi açıqlamada, “Aİ-nin müddətli sədrliyinin Aİ adından Rusiya ilə əlaqə saxlamaq səlahiyyəti yoxdur".

Rusiya xəbər agentlikləri Kremlin sözçüsü Dmitri Peskova istinadən bildirib ki, o, dünən səfəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bu həftənin əvvəlində Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və onu Rusiya ilə müharibənin bitməsini sürətləndirmək üçün atəşkəs barədə düşünməyə çağırıb.

Günel Məlikzadə