“Sumqayıt”ın rəqibində yeni futbolçu
    • 5-07-2024, 19:23
    • 198

“Sumqayıt”ın rəqibində yeni futbolçu

“Sumqayıt”ın Konfrans Liqasında rəqibi olan “Fehervar” klubu heyətinə yeni futbolçu qatıb.

 News24.az İdman.biz-ə istinadən xəbər verir ki, macarlar 27 yaşlı yarımmüdafiəçi Bedi Bense ilə gücləniblər.

 Futbolçu yerli “Zalaeqerseq”dən transfer olunub. O, azad agent kimi “Fehervar”a keçib. Bense Macarıstan çempionatında meydana çıxdığı 141 oyunda 7 qolla yadda qalıb.

 Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.