"Olimpik Lion" rekord məbləğə futbolçu aldı
    • 5-07-2024, 19:42
    • 200

"Olimpik Lion" rekord məbləğə futbolçu aldı

"Olimpik Lion" İngiltərə təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Mussa Niakateni heyətinə qatıb.

 News24.az Fanat.az-a istinadən xəbər verir ki,  28 yaşlı seneqallı 4 illik müqaviləyə imza atıb.

 Bu transfer "Lion"a 31,9 milyon avroya başa gəlib. Mussa sözügedən klubun tarixinə ən bahalı transfer kimi düşüb.

 Qeyd edək ki, "meşəbəyilər" Niakateni 2022-ci ilin yayında, 10 milyon avro qarşılığında Almaniyanın "Maynts 05" klubundan almışdılar.