MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq
    • 5-07-2024, 17:25
    • 144

MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.

News24.az  "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq", - məlumatda qeyd edilib.

 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında   Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.