-
- 6-07-2024, 17:42
- 528
“Səndən iy gəlir” – İşçini paltaryuyan maşında “yudular”
Yaponiyada baş verən inanılmaz bir hadisə bütün ölkəni şoka salıb. Belə ki, iki nəfər təmizlik işçisi əlil həmkarlarını sənaye paltaryuyan maşınında “yumağa” cəhd ediblər.
News24.az oxu.az-a istinadla xəbər verir ki, qorxunc hadisə Kioto şəhərində baş verib.
Məlumata görə, onlar – “Səndən pis qoxu gəlir! Paltaryuyan maşına gir!” – deyərək iş yoldaşlarını zorla maşına basıblar, sonra da paltaryuyanı işə salıblar. Bununla da həmkarlarına ciddi bədən xəsarətləri yetiriblər.
Zərərçəkənin yaralarının sağalması üçün bir neçə həftə lazım olub. Ancaq o, tibbi yardım üçün müraciət etməyib. Ancaq əlilin müalicə həkimi onun bədənindəki qançırları görəndən sonra dərhal bu barədə polisə məlumat verib.
İşçilər artıq saxlanılıblar. Onlar barəsində cinayət işi açılıb.