-
- 2-05-2024, 15:03
- 606
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
Rusiyanın Leninqrad vilayətinin Murino şəhərində 68 yaşlı təqaüdçü mələfə ilə örtülü kişi meyiti tapıb.
News24.az Lent.az-a istinadla bildirir ki, qadın polisə zəng edərək 22 saylı evin eyvanında naməlum kişini tapdığını bildirib. Hadisə yerinə gələn müstəntiqlər meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri və başının zədələndiyini müəyyən ediblər. Bir müddət sonra həmin evdə hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən şəxsi saxlayıblar.
Polisdən verilən məlumata görə, saxlanılan şəxs 42 yaşlı işsiz, təkrar cinayət törətmiş şəxsdir. O, polisə zəng edən təqaüdçünün oğludur.
Məlum olub ki, həmin şəxs mərhumla spirtli içki qəbul edib. Bu zaman onlar mübahisə ediblər. Müttəhim zərərçəkənin başına çəkic və bıçaqla bir neçə dəfə zərbələr endirib. Daha sonra onu ümumi eyvana sürükləyib, üzünü mələfə ilə örtərək, çıxıb gedib.
Saxlanılan şəxs hazırda həbsdədir. Onun barəsində “qətl” maddəsi ilə cinayət işi başlanıb.