-
- 8-07-2024, 00:05
- 3 488
İldırım vurması nəticəsində 19 nəfər öldü
Hindistanın Bihar əyalətində güclü yağış və şimşək çaxması ilə müşayiət olunan tufan 10 bölgəyə təsir edib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, güclü yağışlar zamanı tarlada işləyən və ya ağacların altında gizlənən 19 nəfər ildırım vurmasından ölüb, 7 nəfər isə yaralıdır.
Hindistan Meteorologiya Departamenti yaxın 24 saat ərzində Biharın şimal, cənub-şərq və cənub-mərkəzi hissələrində ildırım və şimşək çaxması ilə müşayiət olunan güclü yağışa görə sarı xəbərdarlıq edib.
Hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.