Elektrik enerjisinin kəsilməsi yanğınlara səbəb oldu - FOTO

Elektrik enerjisinin kəsilməsi yanğınlara səbəb oldu - FOTO
KRİMİNAL

3-07-2018, 10:20

Mətn ölçüsü

Gecə saatlarında ölkə üzrə elektrikin verilişində fasilənin yaranması yanğınlara səbəb olub. 

Belə ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 17 msahədə və 1 otağın dam örtüyü 15 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Bakı şəhərinin Yasamal rayonunda qeydə alınıb. Ümumi sahəsi 100 m2 olan 3 otaqdan ibarət tikilinin içərisində işıq generatoru yanıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

28 May küçəsi 5 ünvanında yerləşən binada da yanğın hadisəsi qeydə alınıb. Abiturient kursunun fəaliyyət göstərdiyi mərkəzdə qısaqapanma nəticəsində konsdisioner yanıb. Ofisdə heç kimin olmamasına görə FHN-nin əməkdaşları içəri pəncərədən daxil olub. 

Teymur Məmmədov

FOTO: Nurlan Gülməmmədov